Яндекс.Метрика
  • RUB 0.0236
  • TRY 0.2027
  • USD 1.7000
  • EUR 2.0567

Almaniyadan Azərbaycana könüllü qayıdan ailəyə 21 baş qoyun verilib

Sosial təminat / Slide 17-Mar, 13:50


Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımını çatdırmağa davam edir

BMqT-dən "NewsCafe"yə verilən məlumata görə, təşkilatın Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Lənkəran rayonuna səfər edərək Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində Almaniyadan könüllü mənşə ölkəsinə qayıtmış şəxsləri reinteqrasiya yardımı ilə təmin etmişdir. Bu layihə çərçivəsində BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyətin qurulması üçün Lənkəran rayonunun Haftoni kəndində bir ailə 21 baş qoyun satın aldı.

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda Niderland Krallığı, Almaniya, Belçika, Polşa, Finlandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təqdim olunan reinteqrasiya yardımının əsas hissəsi könüllü olaraq qayıdan şəxslərə və onların ailələrinə fayda gətirməyi hədəfləyən gəlir mənbəsinin yaradılması ilə bağlı yardımlardır. KQYR layihələri çərçivəsində qayıdanlara əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, maddi yardım, tibbi ehtiyacların və təhsil haqqının ödənilməsi üzrə yardım göstərilmişdir. Qayıdan şəxslər BMqT-nin köməyi ilə kiçik təsərrüfat (heyvandarlıq), xidmət sektoru, ticarət və kiçik istehsal sahələrində sahibkarlıq fəaliyyətlərini qurub.

 
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Redaktorun seçimi
Təqvim
«    March 2021    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031