
“NewsCafe” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova deyib.
L.Məmmədova əsas ixrac edilən 10 məhsulun adını açıqlayıb: “Pomidor, xurma, fındıq, alma, giləmeyvə, nar əsas ixrac edilən məhsullardır”.
O, bu istiqamətdə qeydə alınan problemlərə də diqqət çəkib: “Sertifikatlaşdırma məsələsi, aqrar məhsulların Avropa standartlarına uyğunlaşdırılması ixracda əsas maneə olaraq qalır. Bununla yanaşı, kiçik və orta müəssisələr ixrac əməliyyatları üzrə daşıma xərclərini ödəməkdə çətinlik çəkirlər. Ümumiyyətlə, KOB-lar arasında təşkilatlanma və klaster təcrübəsi yoxdur”.
Xatırladaq ki, 2021-ci ilin yanvar ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 146 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin yanvar - fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (16,7 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (14,3 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (10,2 milyon ABŞ dolları) üçüncü olub.