Яндекс.Метрика
  • RUB 0.0228
  • TRY 0.2261
  • USD 1.7000
  • EUR 2.0327

Daha iki qaziyə icra hakimiyyətində vəzifə verildi - FOTO

Daxili xəbərlər / Slide 19-Feb, 14:42
Gəncə Şəhər İcra Hakimiyyətində növbəti kadr təyinatları olub.
"NewsCafe" xəbər verir ki, bu barədə şəhər icra başçısı müvafiq əmrlər imzalayıb.
Belə ki, çavuş Ayxan Cavanşir oğlu Babayev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, baş leytenant Fərman Mərfət oğlu Rüstəmov isə həmin şöbəyə böyük məsləhətçi təyin edilib.
Qeyd edək ki, onların hər ikisi də Vətən müharibəsinin iştirakçılarıdır. A.Babayev manqa komandiri kimi Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda vuruşub. O, dövlət başçısının sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. F.Rüstəmov isə tağım komandiri kimi Füzuli rayonu və Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə iştirak edib.


@Report.Az
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    February 2021    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728