. Azərbaycanın İKT sektoru 2023-cü ildə - İCMAL . . . Azyaşlı üzərində icra edilən torakal cərrahiyyə əməliyyatı uğurla başa çatıb . Azərbaycanlı alim Ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresinə dəvət edilib . Zəfər seçkisi . . Şahin Bağırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . .

Xəbərdarlıq: Bakıya qar yağacaq

Tural İbadlı Ekologiya | Sosial 15 fevral 2021
0
Fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
"NewsCafe" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin havanın dəyişəcəyi barədə yaydığı xəbərdarlığa görə, fevralın 17-si axşam və 18-də yağışın fasilələrlə sulu qara, qara keçəcəyi ehtimal olunur.
Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-25 m/s, fevralın 17-də axşam, 18-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək, fevralın 17-si axşam və 18-də 0 dərəcəyə yaxın olacaq.
Fevralın 17-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 19-u səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv, güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, fevralın 17-də çovğun olacağı ehtimalı var.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728