Яндекс.Метрика
  • RUB 0.0228
  • TRY 0.2261
  • USD 1.7000
  • EUR 2.0327

500 min manatlıq mənimsəməyə görə tutulan bankir həbsdən buraxıldı

Məhkəmə / Top 15-Feb, 15:28
"Amrah Bank"ın Müşahidə Şurasının və "AmrahSığorta”nın Direktorlar Şurasının üzvü Ülvi İldırımzadənin barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilib.
"NewsCafe" "Report"a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi müdafiəçinin vəsatətinə əsasən Ü.İldırımzadə barəsində həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib və o, həbsdən buraxılıb.
Qeyd edək ki, Ü.İldırımzadə xüsusilə külli miqdarda (500 min manatdan artıq) mənimsəmə, vəzifə saxtakarlığında ittiham edilir. o, 2020-ci ildə həbs edilmişdi.
Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən, “Amrah Bank” ASC-nin lisenziyası ləğv edilib.
Xatırladaq ki, Ü.İldırımzadə "AmrahBank"ın sahibi Yunis İldırımzadənin oğludur. Əmisi Yusif İldırımzadə isə uzun müdət prokuror vəzifəsində çalışıb, hazırda təqaüddədir.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    February 2021    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728