• Bakı
    5.14 m/s
  • 1.7000
  • 1.8517
  • 0.0242
  • 0.0903
  • 2.0755

“Bakcell”in xalis mənfəəti 42 % artıb

Maliyyə-Biznes | Sosial 30 yanvar 2021
0
"Bakcell" MMC 2019-cu ildə 35,89 milyon manat xalis mənfəət əldə edib.
"NewsCafe" şirkətə istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 42,4 % çoxdur.
2019-cu ildə "Bakcell" ümumi gəlirləri 363,359 milyon manat olub ki, bu da 2018-ci ilə nisbətən 8 % çoxdur. Ümumi gəlirlərin 349,72 milyon manatı əsas gəlirlərin, 13,639 milyon manatı isə digər gəlirlərin payına düşüb. Bunlar isə müvafiq olaraq 5,2 % və 8,1 dəfə artım deməkdir.
Hesabat dövründə “Bakcell”in ümumi xərcləri isə 317,469 milyon manat təşkil edib. Bu da illik müqayisədə 5,1 % çoxdur.
2019-cu ildə mobil operator əməliyyat xərclərinə 228,477 milyon manat (2018-ci illə müqayisədə 9,6 % çox), əməkhaqqı, sosial müdafiə və imtiyazlara 59,195 milyon manat (7,6 % çox), kapital təchizatçılarına 14,208 milyon manat (18,1 % çox), investisiya qoyuluşuna 4,661 milyon manat (9,65 % çox), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ödənişlərə 2,297 milyon manat (24,2 % çox) yönəldib, 16,407 milyon manat (10,7 % az) vergi ödəyib, 7,776 milyon manat verginin ödənilməsini isə təxirə salıb (əvvəlki il təxirəsalma olmayıb).
Xatırladaq ki, "Bakcell" 1996-cı ildə yaradılıb, Azərbaycanın ilk mobil operatorudur. Onun nizamnamə kapitalı 9,908 milyon manatdır. Şirkətin təsisçisi daxil olduğu "Neqsol Holdinq" MMC-dir.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031