• Bakı
    4.12 m/s
  • 1.7000
  • 1.8352
  • 0.0236
  • 0.0903
  • 2.0504

Qanunsuzluq törətməkdə ittiham edilmiş keçmiş nazirə AMEA-da vəzifə verildi

Elm-Təhsil 22 yanvar 2021
AMEA prezidenti Ramiz Mehdiyev sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova yüksək vəzifə verib.
"NewsCafe" xəbər verir ki, bu barədə Yenisabah.az-a AMEA-dakı etibarlı mənbə bildirib. Xəbərə görə, AMEA Rəyasət Heyətinin bugünkü iclasında akademik Ramiz Mehdiyev AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən texnika elmləri doktoru, professor Əminağa Sadıqovu vəzifəsindən kənarlaşdırıb. 
Onun yerinə isə AMEA prezidentinin müşaviri, sabiq Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov təyinat alıb. Bundan sonra o, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini daşıyacaq.
Qeyd edək ki, 2016-cı ildə keçmiş nazir rəhbərlik etdiyi qurumda qanusuzluq etməkdə təqsirləndirilərək məhkəmə qarşısına çıxarılmışdı və Əli Abbasov tərəfindən ibtidai istintaq zamanı rəhbərlik etdiyi nazirlikdə törədilmiş qanunsuzluqla əlaqədar vurulmuş ziyan üzrə 6 836 540 manat ödəniş etmişdi.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031