Яндекс.Метрика
  • RUB 0.0228
  • TRY 0.2261
  • USD 1.7000
  • EUR 2.0327

Paşinyan: “Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim” - FOTO

Xarici xəbərlər / Slide 20-Jan, 15:38
Ermənistanın baş naziri Nikol Paşinyanın hələ jurnalist olduğu dönəmdə yazdığı məqalə yenidən gündəmə çıxıb.
NewsCafe” xəbər verir ki, yazı 1998-ci il fevralın 11-də Ermənistanın “Molorak” qəzetində dərc olunub.
Ermənilərin düşüncəsini sorğulayan N.Paşinyan “Ermənilər və azərbaycanlılar xoşbəxt xalqlardır” başlıqlı məqaləsində “Azərbaycan-türk qurbanları” ifadəsinin niyə “ermənilərin şüurunu qaraltdığını” sual edir.
Daha sonra isə o qeyd edir:
“Yanvarın 20-də mən də Bakıdakı 1990-cı il qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim”.
Nikol Paşinyanın 23 il öncə yazdığı məqalə Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olması fonunda ölkədə yenidən müzakirələrə səbəb olub.

@Report.Az
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    January 2021    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031