
İndex.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında deyilir.
Hesabata əsasən, İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AZTV kanalı) barəsində 08 may 2020-ci il tarixdə inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ə 5000 (beş min) manat cərimə cəzası tətbiq edilib.