• RUB 0.023
  • TRY 0.2277
  • USD 1.7000
  • EUR 2.0562

İlham Əliyev: "Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq"

Rəsmi xəbərlər / Slide 11-yan, 21:41
Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər.
"NewsCafe" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında söyləyib.
Nəqliyyat kommunikasiyalarının açılmasının Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, qonşularımızın mənafelərinə cavab verdiyini vurğulayan dövlət başçısı deyib: “Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”.
Azərbaycan Prezidenti qeyd edib ki, 10 noyabr tarixli birgə Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib.
“Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Oxşar xəbərlər
yenilə, əgər kod görünmürsə



Sosial Şəbəkələr
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031