• RUB 0.023
  • TRY 0.2277
  • USD 1.7000
  • EUR 2.0562

Ermənilərin Cəbrayılda dağıtdıqları qəbirlər aşkarlandı - FOTO

Hadisə / Top 11-yan, 08:39
İşğaldan azad edilmiş ərazilərdə daha bir erməni vandalizminin üstü açılıb.
"NewsCafe" xəbər verir ki, bu dəfə onların işğaldan azad olunmuş Cəbrayıl rayonunda qəbirləri dağıtdıqları məlum olub.
Tanınmış jurnalist, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev "Report"a açıqlamasında qeyd edib ki, Cəbrayılın Nüzgar kəndində doğmalarının məzarları dağıdılıb:
"Erməni vəhşiliyi nəticəsində əmim, babam və digər doğmalarımın qəbirləri dağıdılıb. əmim Mehdiyev Salman Ağamalı oğlunun və babam Mehdiyev Ağamalı Rüstəm oğlunun dağıdılmış məzarlarının görüntüləri məndədir. Həmin məzarlıqda yüzlərlə belə dağıdılmış qəbir var".
Xatırladaq ki, Nüzgar kəndi 44 günlük Vətən müharibəsinin ilk günü - sentyabrn 27-də işğaldan azad edilib.




Oxşar xəbərlər
yenilə, əgər kod görünmürsə



Sosial Şəbəkələr
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031