Яндекс.Метрика
  • RUB 0.0234
  • TRY 0.1992
  • USD 1.7000
  • EUR 2.0014

Britaniyada bir gündə 200 mindən çox şəxs peyvənd olunur

Xarici xəbərlər / Slide 10-Jan, 15:56
Böyük Britaniya əhalisinin yeni növ koronavirus infeksiyasına qarşı kütləvi peyvənd olunması proqramı hazırda ölkə rəhbərliyinə gündə 200 mindən çox insana vaskin vurmağa imkan verir.
NewsCafe”nin məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Mett HenkokSky News”a açıqlayıb.
Onun sözlərinə görə, yaxın gələcəkdə peyvənd olunan şəxslərin sayı gündəlik 300 min nəfər olacaq.
Ümumilikdə, 1,5 milyondan çox insan ölkədə mövcud olan peyvəndin ilk dozasını alıb. Gələn həftənin sonunadək 1500-dən çox peyvənd məntəqəsi fəaliyyət göstərəcək.
Bundan əlavə, İngiltərədə gələn həftədən etibarən infeksiyanın yayılması ilə mübarizə aparmaq üçün cəmiyyətdə əsas peşə sahibləri, o cümlədən müəllimlər, həkimlər və evdə işləyə bilməyən satıcılar həftədə iki dəfə pulsuz koronavirus testi verəcəklər.
@Report.Az
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    January 2021    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031