Яндекс.Метрика
  • RUB 0.0231
  • TRY 0.1985
  • USD 1.7000
  • EUR 2.0009

Beynəlxalq Bankdan “Aqrarkredit”ə ötürülmüş 9 şirkət ləğv olunur

Maliyyə-Biznes / Slide 05-Jan, 09:12



"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) borc müqabilində girov qoyulmuş əmlakları idarə etmək üçün 2017-ci ildə yaratdığı 9 şirkət ləğv olunduğunu elan edib.

"Newscafe" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bunlar "Bakı Ayaqqabı", "Azərtütün", "Mingəçevir İzolit", "Şəki Heyvandarlıq", "Şəki Kərpic İstehsalı", "Şəki İpək İstehsalı", "Şəki Ət və Süd Məhsulları", "Azərşüşətara" MMC-lər və “Azərpambıq” ASC-dir. Kreditorlar tələblərini 2 ay ərzində "Aqrarkredit"in yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 125 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, ləğv olunan şirkətlərin nizamnamə kapitalı müvafiq olaraq 11,5 mln manat, 30,1 mln manat, 14,8 mln manat, 18,4 mln manat, 21,6 mln manat, 37,5 mln manat, 9 mln manat, 98,99 mln manat və 82,3 mln manatdır.

Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    January 2021    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031