Tarixçi alim Azərbaycan Prezidentinə məktub ünvanlayıb
Tanınmış tarixçi-alim Yəhya Babanlı Yəhya Babanlı “Tusi” Xeyriyyə Cəmiyyəti və “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi adından ölkə başçısı İlham Əliyevə məktub ünvanlayıb."NewsCafe" prezidentin saytına istinadla məktubu təqdim edir: Zati-Aliləri cənab Prezident. Görkəmli azərbaycanlı, ulu öndərimiz dahi Heydər Əliyevin varisliyi missiyasını vüsətlə davam etdirməyiniz və ən başlıcası torpaqlarımızın işğal altından azad edilməsi, qürur yerimiz olan Şuşaya dövlət bayrağımızı sancmaq vəsiyyətini rəşadətlə yerinə yetirməyiniz ilə müdrik və qədirbilən xalqımızın qəlbində əbədi taxt qurdunuz. Sarsılmaz qətiyyətiniz Azərbaycan Ordusunu yenilməyə qoymadı, müzəffər qıldı. Dövlətimizi qalib, xalqımızı məğrur etdi. Sizin dəmir iradəniz və mübarizliyiniz sayəsində müqəddəs Şəhidlərimizin al qanı ilə Zəfər salnaməsi yazıldı. Dünya azərbaycanlıları böyük dövrə qədəm qoydu. Bütövlükdə maddi-mənəvi cəhətdən üstünlük qazanmağımız gələcək yüksəlişimiz üçün stimul oldu. Möhtərəm Prezidentimiz, bu şanlı tarixi bizlərə yaşatdığınıza görə Sizə dərindən minnətdarıq. Ali diqqətinizə çatdırırıq, “Tusi” Xeyriyyə Cəmiyyəti və “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi olaraq, Sizin yeni mərhələdə dövlət idarəçiliyinizi dəstəkləyirik, var qüvvəmizlə yanınızda və xidmətinizdəyik. Qoy Ulu Tanrı daim yar və yardımçınız olsun.Ehtiramla, “Tusi” Xeyriyyə Cəmiyyəti və “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi adından Yəhya Babanlı
Oxşar xəbərlər
-
06 iyun 2023
-
06 iyun 2023
-
05 iyun 2023
-
01 iyun 2023
-
30 may 2023
-
30 may 2023
-
30 may 2023
-
30 may 2023
-
21 dekabr 2019
-
06 avqust 2019
-
22 dekabr 2019
-
29 mart 2020
-
23 dekabr 2019
-
25 dekabr 2020
-
13 avqust 2021
-
26 dekabr 2019
Reklam yeri