Яндекс.Метрика
  • RUB 0.023
  • TRY 0.1238
  • USD 1.7000
  • EUR 1.9208

Prezident “Azərişığ”ın işğaldan azad edilmiş ərazilərdə gördüyü işlərdən danışıb - VİDEO

Rəsmi xəbərlər / Slide 23-Dec, 23:04
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə bugünkü səfəri zamanı dağıdılmış kəndlərdən və "Azərişıq" ASC-nin yeni çəkdiyi işıq xəttindən danışıb.
"NewsCafe" xəbər verir ki, Cəbrayıl rayonu ərazisindən keçərək Qubadlıya getdikləri zaman yolların kənarında səlikə ilə basdırılmış elektrik dirəkləri və çəkilmiş xəttlər haqqında müsbət fikir bölüşüb:
“Yolun sağ və sol tərəfində qoyulmuş dirəklər torpaqlar işğaldan azad olunandan sonra qısa müddətdə qoyulmuşdur”.
Qeyd edək ki, “Azərişıq” ASC 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 4-də işğaldan azad edilən Cəbrayıl rayonunda olan dövlət əhəmiyyətli obyektlərin daimi və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün dərhal işlərə başlayıb və artıq noyabrın 19-dan etibarən Cəbrayıl rayonu və Hadrut qəsəbəsi elektrik enerjisi ilə təmin edilib.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    December 2020    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031