Яндекс.Метрика
  • RUB 0.0228
  • TRY 0.2261
  • USD 1.7000
  • EUR 2.0327

Salyanda “Skaut metodları ilə həyat üçün təhsil” layihəsinin icrası davam edir

Təhsil 16-Nov, 22:03
Salyan rayonunda “Skaut metodları ilə həyat üçün təhsil” layihəsinin icrası davam edir. 
Layihə rəhbəri Gülər Quliyevanın verdiyi məlumata görə, artıq layihə idarə heyəti və təlimçi-ekspertlər tərəfindən qeyri-formal təhsil – skaut metodllarını özündə birləşdirən “Skaut metodları ilə həyat üçün təhsil” adlı proqramı  tərtib  olunub və təlimlər keçirilib. Təlimlərin əsas məqsədi skaut metodlarına əsaslanan liderləri yetişdirmək, onlara peşəkar skaut (həyati) bilik və bacarıqlarını öyrətməklə onların vasitəsilə uşaqların hərtərəfli inkişafına nail olunmaqdır. Təlimi uğurla başa vurmuş iştirakçılar məktəblərində 5-6-cı sinif şagirdlərindən ibarət 16 nəfərlik skaut dəstəsi formalaşdırıblar və Dəstə görüşlərinə start veriblər. 
Məktəblərdə dəstələrin formalaşdırılması bitdikdən sonra dəstələr “Skaut metodları ilə həyat üçün təhsil” proqramı əsasında həftəlik görüşlərinə start verəcəklər. Bu görüşlərin keçirilməsində əsas məqsəd təlim keçmiş müəllim - liderlərin və onların dəstələrinin əldə etdikləri bilik və bacarıqlarının praktikada tətbiqinə şərait yaratmaqdır. Burada onlar skautinqin 5 əsas istiqaməti üzrə - sosial, intellektual, fiziki, emosional və psixoloji istiqamətlərinə əsaslanan “Skaut metodları ilə həyat üçün təhsil” proqramın fəaliyyətləri birbaşa tətbiq olunacaqdır. Bu proqramın tətbiqi peşəkar təlimçilər tərəfindən həyata keçiriləcəkdir. 
Bu ilkin olaraq 2 ay ərzində davam edəcəkdir. Bu fəaliyyətlərin icrası zamanı layihə idarəçiləri və təlimçiləri tərəfindən dəstə görüşlərinə monitorinq həyata keçiriləcəkdir ki, bunun da məqsədi dəstə liderləri trəfindən keçirilmiş təlimlərin effektivliliyinin qiymətləndirilməsi olacaqdır. Həmçinin bu monitorinq görüşlərində şagirdlərə peşəkar təlimçilər tərəfindən layihənin məqsədinə uyğun təlimlər təşkil ediləcəkdir. Təlimlər hər məktəbin öz dəstəsilə ayrı-ayrılıqda olmaqla müxtəlif 4 gündə 80 nəfəri əhatə edəcəkdir. 
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    November 2020    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30