Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun meyitinin mübadiləsi həyata keçirilib

Dağlıq Qarabağ münaqişəsi | Sosial 14 noyabr 2020
0

 Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin meyitinin toplanılması həyata keçirilib.

Bu barədə "Newscafe"yə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.

Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun 6 hərbi qulluqçusunun meyiti təhvil alınıb.

Humanitar aksiya Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının 8-ci bəndinə uyğun olaraq həyata keçirilib.

Bu humanitar aksiyanın təşkilinə görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və şəxsən Müdafiə naziri ordu generalı Sergey Şoyquya minnətdarlığımızı bildiririk", nazirlikdən bildirilib.

 

Oxşar xəbərlər
Şərhlər - cəmi1
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30