
“NewsCafe” xəbər verir ki, bu barədə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) yaydığı məlumatda qeyd edilir.
Məlumatda deyilir ki, artıq turizm şirkətlərinə Nazirlər Kabinetinin 16 may 2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən, təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə riayət etməklə ofis şəraitində işləmələrinə icazə verilir.
“ATAA olaraq turizmin bu çətin dönəmində fəaliyyətini davam etdirən bütün turizm şirkətlərinə işlərində uğurlar diləyirik. İnanırıq ki qısa zamanda hökumətin və turizmlə birbaşa əlaqəsi olan dövlət qurumlarının dəstəyi və yardımı ilə bu böhran vəziyyətindən də çıxa biləcəyik.
Bir daha turizm şirkətlərinə müraciət edərək, metodiki göstərişlərin tələblərinə əməl etməyə, vətəndaşların və işçi personalının sağlamlığına xüsusi önəm verməyə çağırırıq”-deyə açıqlamada bildirilir.