Яндекс.Метрика
  • RUB 0.0234
  • TRY 0.1992
  • USD 1.7000
  • EUR 2.0014

Suraxanıda yaşayış binasının yanında daş karxanası işləyir - FOTO - VİDEO

Ekologiya / Top 31-Aug, 17:03
Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 93 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri ətrafda olan daş karxanalarından şikayətçidir.
"NewsCafe"nin xəbərinə görə, binanın həyətinə yaxın ərazidə yerləşən daş karxanası səhər saatlarından başlayaraq gecə yarısına kimi narahatedici səs yaratmaqla yanaşı, ətrafa tozun yayılmasına səbəb olur.
Bina sakinləri komendantına bununla bağlı dəfələrlə iradlarını bildirsələr də, cavab olaraq daş karxanasının əraziyə daxil olmadığını əsas gətirərək problemin həll olunmasından boyun qaçırıblar.
Sakinlər evdə yaşlı insanların, uşaqların olduğunu və səsin, tozun onları narahat etdiyini bildirirlər. Hətta ötən gecə karxana işçiləri fəaliyyətlərini saat 00:06 radələrində bərpa ediblər. Yalnız sakinlərin ciddi narazılığından sonra səs-küylü iş dayandırılıb. Lakin hazırda yenə də karxananın işi davam etdirilir.
Daş karxanasının fəhlələri yeni-yeni sifarişlər aldıqlarını və sifarişləri çatdırmalı olduqlarını qeyd edərək vətəndaşları narahat etməkdə davam edir.
Qeyd edək ki, ərazidə bir neçə belə daş karxanaları mövcuddur.

@Report.Az
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    August 2020    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31