Яндекс.Метрика
  • RUB 0.0236
  • TRY 0.2027
  • USD 1.7000
  • EUR 2.0567

Müğənni Elton qəza törətdi, hadisə yerindən qaçdı

Qəza / Top 02-Jul, 11:49
Məcbu​​​​ri köçkün Əliyev Əzim Cəlal oğlu redaksiyamıza şikayət edərək hüquqlarının pozulduğunu bildirib.
NewsCafe” Mediapost-a istinadən xəbər verir ki, sürücü Ə.Əliyev ona məxsus 10-FB-901 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə 2019-cu il oktyabr ayının 14-də  Bakı-Sumqayıt yolunda (Xırdalan qəbiristanlığının yanında) hərəkətdə olarkən, digər "BMW" markalı 90-SJ-111 qeydiyyat nişanlı avtomobilin sürücüsü onun maşınını vuraraq hadisə yerindən yayınıb. 
Sürücü iddia edir ki, hadisəni törədən "BMW" markalı avtomobil Azərbaycanın məşhur müğənnisi Elton Hüseynəliyevə məxsusdur və hadisə zamanı da sükan arxasında müğənninin özü olub.
Sürücü yol nəqliyyat hadisəsi barədə DİN-in “102” xidmətinə dərhal məlumat verərək müğənninin hadisə yerindən yayındığını bildirib.Bundan sonra o, Yasamal Rayon Polis İdarəsinə çağırılaraq izahatı alınıb. Qeyd edilib ki, müğənni tez bir zamanda tapılacaq və Ə.Əliyevə dəymiş zərərin əvəzi ödəniləcək.
Hadisə baş verən vaxtdan 8 ay keçməsinə baxmayaraq, təqsirkar müğənni hələ də tapılıb məsuliyyətə cəlb edilməyib.
Sürücü bununla bağlı olaraq Daxili İşlər Nazirliyinin rəhbərliyindən xahiş edir ki, Elton Hüseynəliyev barəsində müvafiq addımlar atılsın.
“MediaPost” məsələ ilə əlaqədar müğənniyə müraciət edib, lakin E.Hüseynov telefon zəglərinə cavab verməyib.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Redaktorun seçimi
Təqvim
«    July 2020    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031