. Azərbaycanın İKT sektoru 2023-cü ildə - İCMAL . . . Azyaşlı üzərində icra edilən torakal cərrahiyyə əməliyyatı uğurla başa çatıb . Azərbaycanlı alim Ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresinə dəvət edilib . Zəfər seçkisi . . Şahin Bağırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . .

Prezident uşaqlara energetik içkilər satanların cəzalandırılması barədə qanunu imzaladı

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 29 iyun 2020
0
İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə beş yüz manat məbləğində cərimə nəzərdə tutulub.
"NewsCafe" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Həmçinin etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə müəyyən edilib.
Eyni zamanda, Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik edilməsi barədə imzaladığı qanuna əsasən, yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.
Bu maddənin tələbinin pozulmasına görə idman mərc oyunlarının satıcısı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaq.
Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930