• Bakı
    23°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışı müvəqqəti dayandırılır

İnfrastruktur / Sosial 13 iyun 2020
Ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar, 7 iyuldan sonrakı tarixlərdə Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır.
Bu barədə “NewsCafe”yə AZAL-dan bildirilib.
Satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Qeyd edilir ki, 7 iyul tarixədək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək.
Xatırladaq ki, Naxçıvana və geri istiqamətdə uçuşlar 18 iyun tarixdən həftədə iki dəfə - ikinci və dördüncü günlər yerinə yetiriləcək.
Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930