Яндекс.Метрика
  • RUB 0.0236
  • TRY 0.2027
  • USD 1.7000
  • EUR 2.0567

Azərbaycan Qran-prisi ləğv olundu - KİV

Avto / Top 11-Jun, 08:25
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olunub. 
"NewsCafe" "F1News" nəşrinə istinadən xəbər verir ki, bu qərar tezliklə rəsmən açıqlanacaq. Məsələ ilə əlaqədar bütün müvafiq əməkdaşlar məlumatlandırılıb. 
Azərbaycanla yanaşı, Sinqapurdakı şəhər trası mərhələsi, eləcə də Yaponiya Qran-prisi də ləğv ediləcək. Lakin Rusiya, Vyetnam, ABŞ, Meksika, Bəhreyn Birləşmiş Ərəb Əmirliklərindəki Qran-prilər reallaşacaq. 
"Formula 1" rəhbərliyi bu mövsüm ən azı 15 yarış təşkil etməyi düşünür. 
Qeyd edək ki, "Formula 1" üzrə dünya çempionatında ilk 8 Qran-prinin təqvim açıqlanıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5-7 iyunda keçirilməli idi.
@Report.Az
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Redaktorun seçimi
Təqvim
«    June 2020    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930