• Bakı
    5.14 m/s
  • 1.7000
  • 1.8517
  • 0.0242
  • 0.0903
  • 2.0755

Nazir düşdüyü qəzadan danışdı

Maraqlı 21 may 2020
0
Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov baş verən qəzadan danışıb.
"NewsCafe" xəbər verir ki, Unikal.org-a açıqlama verən nazir hər şeyin qaydasında olduğunu bildirib:
“Yayılan görüntülərdə hər şeyi gördünüz. Nəsə olsaydı, onu da görərdiniz. Baş verən qəzada xəsarət alan olmayıb. Bir şey olsaydı deyərdim!. Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Çox sağ olun”.
Xatırladaq ki, Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə ötən gün Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.
 “Mercedes” markalı, 90-AA-900 dövlət nömrə nişanlı avtomobillə “Maserati” markalı maşın toqquşub.
Yayılan videolardan görünür ki, “Mercedes”in sürücüsü qırmızı işıqda keçib. Nəticədə, qəza baş verib.
Qeyd edək ki, qəza törədən avtomobil Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını imiş.
Hadisə zamanı nazir avtomobildə olub. Mühafizəçilər dərhal K.Heydərovu digər maşına əyləşdirərək, hadisə yerindən uzaqlaşdırıblar.
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031