• Bakı
    4.12 m/s
  • 1.7000
  • 1.8352
  • 0.0236
  • 0.0903
  • 2.0504

May ayının bütün pensiyaları ödənilib

Sosial təminat 16 may 2020
0

Respublika üzrə may ayının bütün pensiya ödənişləri başa çatdırılıb.
"NewsCafe" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, 1 268 090 (o cümlədən, yaşı 65 və yuxarı olan 646 150) pensiyaçıdan Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR qeydiyyatında olan 408 490 (o cümlədən, yaşı 65 və yuxarı olan 213 137) pensiyaçıya əmək pensiyası 6-8 may tarixlərində ödənilib. F. Talıbov əlavə edib ki, digər şəhər və rayonlar üzrə, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə 859 600 (o cümlədən, yaşı 65 və yuxarı olan 433 013) pensiyaçının pensiyası isə bu gün may ayının 15-də onların bank hesablarına köçürülüb.
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031