
"NewsCafe" xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosu məlumat yayıb.
nun verdiyi məlumata görə, bu il Böyük Vətən müharibəsinin 75-ci ildönümü münasibətilə keçirilən “Qələbə Günü müxtəlif dillərdə” aksiyası çərçivəsində 9 May bayramının ənənəvi simvolu sayılan “Den Pobedı” mahnısı bir çox xalqların dilində səsləndiriləcək. Qeyd edək ki, artıq 100-dən çox ədəbi tərcümə hazırlanıb.
Azərbaycan dilinin tərcüməsi isə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şairə, tərçüməçi Afaq Şıxlıya məxsusdur.
A.Şıxlı bildirib ki, mahnı Azərbaycanın Xalq artisti Tünzalə Ağayevanın, eləcə də, Moskvada yaşayan azərbaycanlı gənclərin ifasında səsləndirilib.
Qeyd edək ki, “Den Pobedı” mahnısının musiqisi rus bəstəkarı David Tuxmanova məxsusdur.