Яндекс.Метрика
  • RUB 0.0228
  • TRY 0.2261
  • USD 1.7000
  • EUR 2.0327

Prezident icra başçısına karantini pozduğuna görə töhmət verib - SƏRƏNCAM

Rəsmi xəbərlər / Slide 21-Apr, 18:14
Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan edilməsi haqqında sərəncam imzalayıb.
"NewsCafe" xəbər verir ki, sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.
Qeyd edək ki, N.Bağırov Prezident İlham Əliyevin bu il martın 5-də imzaladığı sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    April 2020    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930