Яндекс.Метрика
  • RUB 0.0231
  • TRY 0.1985
  • USD 1.7000
  • EUR 2.0009

Azərbaycanlı həkim koronavirusun dərmanını tapdı - İDDİA

Maraqlı / Top 29-Mar, 01:38

“Əzizlərim hazırda dünyada tüğyan edən xəstəliklə mübarizə aparırıq! Hazırda Dünya həkimlərin ağzından çıxan önəmli qərara və tədbirə möhtacdır! Çünki Allah həkimləri özü seçir çünki yaratdığı bəni Adəm övladının həyatını özündən sonra məhs Biz həkimlərə etibar edir!”. “NewsCafe” xəbər verir ki, bunu sosial şəbəkələrdə azərbaycanlı dietoloq, terapevt həkim Ləman Süleymanova paylaşıb.
L. Süleymanova iddia edir ki, o, koronavirusun dərmanını tapıb:
“Mən Ləman Suleymanova bir həkim olaraq həkimlik borcumu yerinə yetirərək hətta dünyada tüğyan edən bu xəstəliyə qarşı şəfaverici və qoruyucu vasitə icad etmişəm və icad etdiyim vasitə ən zəif immun sistemin belə qoruyucu hüceyrələrini, daha doğrusu qoruyucu əskərlərini aktivləşdirəcək və sadə dildə desək orqanizmdə virusa qarşı antivirus tədbiri görülür. Hətta xəstəliyə yoluxmuş insanları ən təhlükəli 5 mərhələni asanlıqla atlatmaya yardım edir. Tezliklə mətbuat konfransı keçiriləcək və mediyada işıqlandırılacaq. Dünya həkimləri birlikdə birləşib Allahın bizə verdiyi elmdən möcüzə yaradıb insan həyatını xilas etməliyik, bu Bizim Allah qarşısında borcumuzdur”.
Həkim həmçinin rəhbərlik etdiyi klinikanın tənha yaşayan ahıl şəxslərə yardım etdiyini də açıqlayıb:
“Pasientlərimin bir ümumi sözləri var Allahdan sonra Bizə ümüd bəsləyirlər əlbəttə şərəfli həkim ümüdləri doğrultmalıdır. Əzizlərim, gəlin birlikdə bu qorxunc və rahatlıqla məğlub ediləcək düşmənə qarşı vuruşaq qalib gələk. “Ləman Med Klinikası”nın tək yaşayan yaşlı insanlara yardım və dəstək kompaniyasına sizdə qoşulun. Ətrafınızda, qonşuluğunuzda tək yaşayan yaşlı insanlar varsa mütləq bizə “direct” (birbaşa) yazin onlara ərzaqla yardım edək evdən bayıra çıxmasınlar, uzun yaşamaları üçün onları qoruyaq! Gəlin Birlikdə mübarizə aparaq! Bizim millətini ailəsi kimi sevən ölkə başçimiz və bir-birini sevən millətimiz var. Mənə inanin tezliklə Azərbaycan dünyaya bu dəfədə bu xəstəliyə qalib gəlməklə meydan oxuyacaq”.

Oxşar xəbərlər

Pulsuz Elanlar 05-Mar, 09:41

Onda nobel mukafati vermek lazimdir ona:)



Pulsuz elanlar
Cavabla
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    March 2020    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031