• Bakı
    23°
    1.03 m/s
  • 0
  • 0
  • 0
  • 0

Polis idarəsi bankı məhkəməyə verdi

Məhkəmə 06 mart 2020
0
Nəsimi Rayon Məhkəməsində “AGBank” ASC barəsində Yasamal Rayon Polis İdarəsi tərəfindən tərtib olunan inzibati xəta haqqında protokol araşdırılıb. 
"NewsCafe" xəbər verir ki, məhkəmə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü ( “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verib. 
Yasamal Rayon Polis İdarəsi bu qərardan apelyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə araşdırılır. 
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 469.3-maddəsi ilə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 
@e-huquq.az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031