Яндекс.Метрика
  • RUB 0.0222
  • TRY 0.2117
  • USD 1.7000
  • EUR 2.0331

Bu gün “Bakı Metropoliteni”nin 6 yaşı tamam olur

İnfrastruktur / Slide 27-Feb, 09:07


 

Bu gün "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasından 6 il ötür.

 

"NewsCafe” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Bununla metro istismarçıları və inşaatçıları vahid ailə kimi bir təşkilatda cəm olunubular.

Amma Bakı metropoliteni işçiləri peşə bayramlarını noyabrın 8-də qeyd edirlər. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi müəyyənləşib.

2015-ci il dekabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə "Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışı olub. 2016-cı il aprel ayının 19-da isə Bakı metropoliteninin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin «Avtovağzal» və «Memar Əcəmi» stansiyaları sərnişinlərin istifadəsinə verilib və bununla da metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə çatıb.

Dövlət Proqramına görə 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Təkcə ötən 2019-cu ildə adıçəkilən qurum 30 vaqon yaxud 6 qatar alıb. Həmçinin ötən il oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan "Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 qatar və yaxud 12qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.

Bundan əlavə qeyd edilən ildə 2 stansiya əsaslı təmir olunub, 7 müasir ventilyator alınıb. Həmçinin dizel-generator stansiyaları qurulub, bir elektrik yarımstansıyası inşa olunub və daha biri yenidən qurulub.

2019-cu il "Bakı Metropoliteni” tarixində ilk dəfə funksional təlim-tədris mərkəzinin istifadəyə verilməsi ilə də yadda qalıb. Bundan əlavə ötən il metro tarixində ilk dəfə əlil arabası istifadəçilərinə metrodan istifadə etməyə şərait yaradılıb.

Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    February 2020    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
242526272829