
Daha sonra o, atası Cavanşir İbrahimovun da adının həkk olunduğu Daşaltı şəhidlərinin xatirə lövhəsini ziyarət edib.
Qeyd edək ki, "AtaBank"ın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyini irəli sürüb O, uzun müddət “AtaBank” ASC-də müxtəlif vəzifələrdəçalışdıqdan sonra 2018-ci ildə bankın Biznesin İnkişafı departamentinin direktoru vəzifəsinə irəli çəkilib.
Məlumat üçün bildirək ki, O.İbrahimov 1986-cı ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Marketinq və satış kimi sahələr üzrəmüxtəlif beynəlxalq dərəcəli sertifikatlara sahibdir.









