Яндекс.Метрика
  • RUB 0.0234
  • TRY 0.1992
  • USD 1.7000
  • EUR 2.0014

Yeni il gecəsi müştəri 389 manata görə gecə klubunda girov saxlandı - FOTO

Hadisə / Slide 01-Jan, 23:28
Yeni il gecəsi müştəri 389 manata görə gecə klubunda girov saxlandı - FOTO
Yeni il gecəsi Bakıda yerləşən gecə klubların birində xoşagəlməz olay baş verib.
NewsCafe” xəbər verir ki, bu barədə Vəli Quliyev “Facebook” sosial şəbəkəsində yazıb.
“Yeni ilin ilk hadisəsi ilə tanış olun.
Səhər saat 06:00 olardı.İş yoldaşım telefonu gətirərək "whatsapp"dakı SMS-i oxumağımı istədi. SMS-də digər iş yoldaşlarım qrup halında dünən "Tarqovu"da (Nizami küçəsi) yerləşən "Mojo" klubun yaxınlığında "Corona" Klubda girov saxlanmaları idi.
Bunun səbəbi isə astronomik hesabın 389 AZN gəlməsi olmuşdu. Mən iş vaxtım bitdikdən sonra iş yoldaşımla bərabər həmin yerə getdim.Elə qapıda bir nəfərlə qarşılaşdım.Özünü məkanın işlədəni kimi təqdim edən Elvin adlı şəxs bu hesabın niyə yaranmasını mənə guya izah edirdi.Saxta, heç bir VÖEN nömrəsi olmayan kağıza 245 AZN 7 ədəd kokteyl istifadə edildiyi yazılmışdı.Mən bura gəlməzdən öncə 102 xidmətinə hadisəni izah edib, hadisə yerinə polis göndərilməsini xahiş etmişdim.
İş yoldaşlarım bildirirdilər ki, biz içəri keçəndən sonra qızlar masamıza yaxınlaşdı.Qızlar əyləşdikdən sonra, hərəsi bir şey sifariş edirdi.Mən bunları eşidəndə məkan sahibi Elvin bəyə söylədim ki, bu qızlar haradadı ?
Gəlsin bir açıqlasın görək öz başına niyə sifariş verir ?
Məkan sahibi isə min bir bəhanə ilə qızın buralarda olduğunu bildirdi.
Bu söhbətin tam ortasında qıraqdan 2 nəfər polis əməkdaşı yaxınlaşdı.Biri baş-leytenant, digəri isə serjant olan polislərə eyni hadisəni danışdım.Sağolsun onlar məkan sahibinə təzyiq etdilər ki, bu nə biabırçı hesabdı ?
Amma sonrada mənə dedilər ki, iş yoldaşlarınız niyə belə yerlərə gəlirlər ?
Bilmirlər ki, belə yerlər çox təhlükəlidir.İş yoldaşarıma hər hansı bir şikayətləri olduğu təqdirdə ərazi üzrə Səbail 9-cu Polis Bölməsinə yaxınlaşıb ərizə yazmağı təklif etdilər. Dostlarım isə razılaşmadılar.
Sonda həmin məkan sahibinə 100 AZN ödəyərək həmin yeri tərk elədik.
Mənim bunu yazmaqda məqsədim odur ki, heç kəs o məkana getməsin və ümumiyyətlə diqqətli olsunlar.Belə fırıldaqçı, dələduz obyektlərə qarşı dövlət qurumları niyə araşdırma aparıb, onları bağlamır?”.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    January 2020    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031