
"NewsCafe" xəbər verir ki, bu barədə özü məlumat verib.
O bildirib ki, namizədliyini 119 sayli Ağdam seçki dairəsindən irəli sürüb.
Qeyd edək ki, Qüdrət Nuriyev 1982-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi ixtisası üzrə Magistr dərəcəsi alıb.
Azərbaycan, rus, ingilis dillərini bilir.
Xatırladaq ki, hazırda 119 sayli Ağdam seçki dairəsindən deputat "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur. Yeni Azərbaycan partiyası (YAP0 2020-ci ilin fevralın 9-da keçiriləcək növbəti parlament seçkilərində də Bəxtiyar Sadıqovun namizədliyini irəli sürüb.