FHN-nin keçmiş mətbuat katibi Naxçıvandan millət vəkilliyinə namizədliyini irəli sürüb

Tural İbadlı Parlament xəbərləri | Sosial 24 dekabr 2019
0
FHN-nin keçmiş mətbuat katibi Naxçıvandan millət vəkilliyinə namizədliyini irəli sürüb
Tanınmış tarixçi-alim Yəhya Babanlı 2020-ci il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılacaq.
NewsCafe” xəbər verir ki, bu barədə Yəhya Babanlı özü məlumat verib.
Məlumata görə, alim millət vəkilliyinə namizədliyini Naxçıvan Muxtar Respublikasının 7 saylı Ordubad-Culfa seçki dairəsindən irəli sürüb.
Qeyd edək ki, 7 saylı Ordubad-Culfa seçki dairəsində 48 məntəqə var. Bu dairədə səsvermə hüququ olan seçicilərin sayı isə 34 545 nəfərdir.
Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı Ali Məclisdir və onun 45 üzvü var.
Xatırladaq ki, Yəhya Babanlı bu vaxta qədər Dövlət Miqarasiya Xidmətində məsul vəzifədə, “Azərenerji” ASC-nin və Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətlərinin rəhbəri vəzifələrində çalışıb.
Yəhya Məmməd oğlu Babanlı 30 sentyabr 1981-ci ildə Naxçıvan MR-nın Ordubad rayonunda doğulub. Tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert olan Y.Babanlı həm də “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təsisçisidir.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031