Яндекс.Метрика
  • RUB 0.0222
  • TRY 0.2117
  • USD 1.7000
  • EUR 2.0331

Nəvəsini məktəbə mühafizəçi ilə göndərən yüksək vəzifəli şəxs Məzahir Pənahov olub

Daxili xəbərlər / Slide 23-Dec, 17:35
Nəvəsini məktəbə mühafizəçi ilə göndərən yüksək vəzifəli şəxs Məzahir Pənahov olub
Bakıda dərsdə mühafizəçi ilə oturan məmur nəvəsinin kimliyi məlum olub.
"NewsCafe"nin xəbərinə görə, sözügedən məktəbli qız Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ikinci sinfdə təhsil alan nəvəsidir.
O, hazırda təhsil aldığı 134 saylı məktəbə mühafizəçi ilə gedib-gəlir. Azyaşlı şagirdin bu hərəkəti məktəbdə təhsil alan digər şagirdlərin ciddi narahatlığına səbəb olub.
Məzahir Pənahovun nəvəsi olan şagirdin bundan öncə isə 6 saylı məktəbdən intizamsızlığına görə çıxarıldığı deyilir.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli övladının təhsil aldığı orta məktəbdə şagirdlərdən birinin dərslərə mühafizəçi ilə girdiyini, həmin şagirdin hansısa məmurun nəvəsi olduğunu yazmışdı. Amma məktəin nömrəsini və məmurun adını qeyd etməmişdi. Daha sonra isə yazdığı statusu silmişdi.
@Demokrat.az
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    December 2019    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031