
“NewsCafe” xəbər verir ki, bu barədə Maliyyə naziri Samir Şərifov deyib.
S.Şərifovun sözlərinə görə, bunu ölkə prezidenti qarşıya vəzifə kimi qoyub:
“Beləliklə növbəti il də istisna olmayacaq. Bəzi beynəlxalq qurumlardan, əsasən Dünya Bankından borcların cəlb edilməsi nəzərdə tutulur. Artıq bizim bu təşkilatlarla razılığımız əldə edilib. Burada əsas məsələ Azərbaycanda məşğulluq imkanlarının yaradılması ilə bağlı layihənin həyata keçirilməsi ilə bağlıdır. Bu məsələdə Dünya Bankının təcrübəsindən, onların texniki biliklərindən istifadə olunacaq. Bu layihədə daha çox maliyyə vəsaitinin cəlb edilməsi deyil, beyin məhsullarının texniki ekspertizasının cəlb edilməsi məqsəd kimi qoyulub. Bununla bağlı kredit üzrə danışıqlar həyata keçirilməkdədir və növbəti ildə biz onun imzalanmasının şahidi olacağıq”.
Nazir elektron məhkəmə sistemi ilə bağlı layihənin də davam etdiriləcəyini açıqlayıb:
“Digər layihə də bizim məhkəmə sistemimizin elektronlaşdırılması layihəsidir. Bildiyiniz kimi bu layihənin ilkin mərhələsi artıq başa çatdırılıb. Bu layihə də Dünya Bankı ilə həyata keçirilib. Onun davam etdirlməsi də məqsədə uyğun hesab edilib və Dünya Bankından kreditin cəlb edilməsi nəzərdə tutulub”.