
"NewsCafe" xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
C.Həsənlinin sözlərinə görə, A.Həsənova keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır:
“Ümumi sahəsi 194,33 kvadrat metr olan obyektin tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bu ilin avqustunda icazə verilib.
Afət Həsənova 2015-ci ildə Quba rayonundan deputatlığa namizədliyini irəli sürüb, qarşıdakı parlament seçkilərində növbəti dəfə bəxtini sınamağa hazırlaşır.
Afət Həsənova sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır”.

