
“NewsCafe” xəbər verir ki, hazırda magistr təhsilini dövlət sifarişi əsasında 114 balla qəbul olduğu BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə davam etdirən Turanə Tağıyeva Milli Məclisin 6-cı çağırışına keçiriləcək növbədənkənar seçkilərə namizədliyini irəli sürüb.
Qeyd edək ki, T.Tağıyeva 2000-ci ilin avqustunda anadan olub. O, 4 yaşında 193 nömrəli məktəbə gedib, 10-11-ci sinfi isə 212 nömrəli məktəbdə davam etdirib və 14 yaşında BDU-ya qəbul olub.
T.Tağıyeva BDU-da bakalavr təhsilini bu il fərqlənmə diplomu ilə bitirib. 18 yaşlı tələbə magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində 114 bal toplayıb.