
“NewsCafe” xəbər verir ki, bunu bu gün Bakıda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
V.Zelenski “Bakcell”in Ukraynanın mobil rabitə bazarına yatırdığı 700 milyon dollarlıq investisiyadan da danışıb:
“Ukrayna dövləti olaraq bizim vəzifəmiz bu investisiyaları qorumaqdır. Əlbəttə, bütün bunlar qarşılıqlı etimad səviyyəsində həyata keçirilir. Azərbaycanın mobil operatoru olan “Bakcell” tərəfindən “Vodafone Ukrayna”nın səhmlərinin alınması yaxşı bir nümunədir. Onun investisiyaları 700 milyon dollara yaxındır. Bu, bizim bu sahədə olan xidmətlərin yüksəldilməsinə kömək edəcək”.
Xatırladaq ki, bir müddət əvvəl “Bakcell”in də daxil olduğu “NEQSOL Holdinq” şirkətlər qrupu MTS ilə onun Ukraynada telekommunikasiya biznesinin 734 milyon ABŞ dolları, o cümlədən 84 milyon ABŞ dolları nəticə üzrə ödəmə müqabilində alınması barədə müqavilə imzalayıb.