• Bakı
    17°
    1.03 m/s
  • 0
  • 0
  • 0
  • 0

“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

HiTech 11 dekabr 2019
“Bakcell”in stendi  “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb
“Bakcell” şirkəti 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində təqdim etdiyi stendə görə “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb. Sertifikat “BakuTel-2019” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) tərəfindən təqdim edilib. “NewsCafe” xəbər verir ki, şirkət öz ənənəsinə sadiq qalaraq stendində Azərbaycanın ən böyük mobil şəbəkəsini və ən sürətli mobil internet xidmətini, özünün son nailiyyətlərini nümayiş etdirib, həmçinin bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edib.
Bundan əlavə, “Bakcell” öz stendində şirkət üçün yeni ayrılan “099” prefiksinin də yaxın gələcəkdə istifadəyə veriləcəyini elan edib.
“Bakutel sərgisi şirkətimizin şəbəkəsinin üstünlüklərini nümayiş etdirmək üçün əla fürsət yaradıb. Bu il beynəlxalq nüfuza malik olan “Ookla” şirkəti növbəti dəfə “Bakcell” şirkətini Azərbaycanın ən sürətli mobil şəbəkəsi adlandırıb. Mobil operator abunəçisi üçün ən vacib olan məsələ şəbəkənin keyfiyyəti və sürətidir. Biz isə bu sahədə üstünlüyümüzü praktiki şəkildə ardıcıl olaraq 3-cü dəfə sübut etmişik!”, deyə “Bakcell” şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.
Belə ki, “BakuTel 2019” ərzində “Bakcell” stendinə gəlmiş minlərlə qonaq “Bakcell” şəbəkəsinin üstünlüyü və ölkənin telekommunikasiya bazarında ilk və ən reytinqli virtual müştəri xidmətləri aləti olan “Mənim Bakcellim” mobil tətbiqetməsinin yenilikləri ilə taniş olub, Azərbaycan gəncləri üçün yeni imkanlar yaradan “AppLab” startap inkubasiya proqramı barədə məlumat almaq və hədiyyələr qazanmaq üçün “Ulduzum” loyallıq proqramının oyunu, lotereyalar və digər oyunlarda iştirak etmək imkanını qazanıb.
Azərbaycanın İlk Mobil Operatoru “Bakcell” şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
8000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Bu gün “Bakcell” şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 91%-ni əhatə edir.














Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031