Яндекс.Метрика
  • RUB 0.023
  • TRY 0.1238
  • USD 1.7000
  • EUR 1.9208

Ələt limanına nəzarət gücləndiriləcək

Hadisə 02-Dec, 17:41
Ələt limanına nəzarət gücləndiriləcək
"Bilirsiniz ki, Əfqanıstandan Avropaya və əksinə daşınan yüklər Ələt Limanından keçir. Biz tədbirlər görürük ki, Əfqanıstandan Avropaya narkotik maddələrin, əksinə isə prekursorların (narkotik vasitələr hazırlanmasında istifadə edilən maddələr) daşınmasının qarşısını alaq".
Bunu "NewsCafe"yə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin I müavini Güloğlan Muradlı bildirib.
O, qeyd edib ki, prekursorların qanuni daşınmasına icazə var, amma buna da nəzarət olunur: “Prekursorlar bir qayda olaraq dəri sənayesində, ətriyyatda, kimya sənayesində istifadə olunur. Onların bir qrupu da narkotik maddələri almaq üçün lazımdır. Məsələn, tiryəkdən heroin almaq üçün sirkə turşusunun anhidridindən istifadə edilir. Hazırda Ələt limanından yüklərin daşınması həyata keçirilir. Düzü həmin yüklərin arasında prekursorların olub-olmaması ilə bağlı məlumatım yoxdur, amma gələcəkdə də nəzarət ediləcək ki, bu limandan istifadə edilməsin. Belə maddələri qanuni yolla gətirmək üçün Nazirlər Kabinetinin icazəsi olmalıdır. Hazırda 25 növ prekursor var ki, onların da hamısının icazəsiz daşınması bütün dünyada qadağandır”.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    December 2019    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031