Яндекс.Метрика
  • RUB 0.0236
  • TRY 0.2027
  • USD 1.7000
  • EUR 2.0567

“Coca-Cola Məktəbli Kuboku”-nun yeni mövsümü başlayır

İdman 22-Oct, 11:02
Ölkənin ən kütləvi məktəbli futbol turniri olan “Coca-Cola Məktəbli Kuboku”un 2019-2020-ci il mövsümünə oktyabr ayının sonunda start veriləcək. "NewsCafe" xəbər verir ki, hazırda rayondaxili turnirdə mübarizə aparacaq komandaları müəyyən etmək üçün məktəbdaxili mərhələnin oyunları keçirilir. Daha sonra isə turnir rayon və regional birinciliklə davam edəcək və nəyahət növbəti ilin aprel-may aylarında final mərhələsi ilə yekunlaşacaq. Qeyd edək ki, 2018-2019-cu il mövsümünün qalibi Masallı rayon 4 saylı məktəbin komandası olub.
2009-cu ildən etibarən keçirilən “Coca-Cola Məktəbli Kuboku” turniri 2011-ci ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Coca-Cola” şirkəti tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunur. Turnir Azərbaycanın 76 şəhər və rayonundan olan 2000-dən artıq məktəbi əhatə edir. Layihə məktəblilərin sosial və fiziki inkişafı, ölkədə futbolun kütləviliyinin təmin olunması, uşaq futbolunun inkişaf və ümumilikdə məktəblilərin fəal və sağlam həyat tərzinə cəlb edilməsi məqsədi daşıyır.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Redaktorun seçimi
Təqvim
«    October 2019    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031