
H.Ziyadovun sözlərinə görə, bu 4G şəbəkəsi üzərindən zəng etmək imkanı verir:
"Hazırda avadanlıqların quraşdırılması prosesi gedir. Tezliklə istifadəyə verməyi düşünürük. Bu zəngin digərlərindən fərqi ondan ibarətdir ki, əgər şəxs açıq məkandadırsa yaxud səs-küylü ərazidədirsə bu zaman onun səsi ətraf səslərə nisbətən daha yüksək olur. Ətraf səslər isə azaldılır. Bununla da danışığa ətraf səslər mane ola bilmir".
Qurum rəsmisi əlavə edib ki, bu vaxta qədər Bakcell 2G və 3G üzərindən zəng xidməti təqdim edib. Amma yeni xidmət zəglərə sərf edilən vaxtın bir neçə saniyə azalmasına səbəb olacaq. Həmçinin yeni VoLTE xidməti görüntülü zəngə də şərait yaradacaq.