. Şahin BAğırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . . Məmməd Abbasbəyli: “Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş biznes qurumu udmalıdır” . . Ana qanunumuz: müasir dövrün ən mütərəqqi Konstitusiyası . . Azərbaycanda kriptovalyuta kartları ilə alış-veriş edilməsi mümkün olacaq . . Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə minnətdarlığını bildirib .

İnam Kərimov məmurlara nümunə olacaq addım atıb

Tural İbadlı Siyasət 06 avqust 2019
0
Bu gün Türkiyənin Ordu şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə hər üç ölkənin fındıqçılarının gələcək fəaliyyəti və əməkdaşlığı müzakirə edilib.
NewsCafe” xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun da qatıldığı tədbirdə diqqətçəkən hadisə yaşanıb. Belə ki, nazir qarşısındakı Azərbaycan bayrağının tərsinə qoyulduğunu görərək dərhal onu düzəldib. Nazirin bu addımı bir sıra media qurumlarının diqqətindən yayınmayıb.
Qeyd edək ki, rəsmi görüş və tədbirlərdə asılan və yaxud qoyulan bayraqlarla bağlı öhdəliklərə görə tədbirin keçirildiyi dövlətin protokol şöbəsi məsuliyyət daşıyır.
Xatırladaq ki, iyulun əvvəlində Azərbaycan İqtisadiyyat Naziri Şahin Mustafayev Rusiyaya səfər edib. Ş.Mustafayevlə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov arasında Yekaterinburqda keçirilən INNOPROM-2019 beynəlxalq sənaye sərgisi çərçivəsində keçirilən görüşdə Azərbaycan bayrağı nazirin gözü qarşısında növbəti dəfə düzgün yerləşdirilməyib, yaşıl rəng yuxarıda olub. Amma nədənsə bu nə nazir Şahin Mustafayevin, nə də onun yanındakıların diqqətini çəkməyib. Bayrağımıza göstərilən bu diqqətsizlik dərhal sosial şəbəkələrdə tənqid edilib. Hətta bəzi sosial şəbəkə istifadəmçiləri baraq düz düşsün deyə şəkli tərs paylaşıb.
Hər iki nazirin iştirak etdiyi tədbir zamanı lentə alınan görüntüləri diqqətinizə çatdırırıq:















Oxşar xəbərlər
Şərhlər - cəmi38
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031