
"NewsCafe" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Azərbaycanın mobil operatorunun keçmiş əməkdaşı Ukrayna Dəmir Yolları Dövlət Şrkətinə (“Ukrzaliznitsa”) işə düzəlib. O, yeni işində də satınalmalar üzrə direktor vəzifəsində çalışacaq.
Qeyd edək ki, S. Dovqalenko “Bakcell” şirkətindən əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” aviaşirkətində satınalmalar üzrə direktor vəzifəsində çalışıb.
Bundan başqa, fəaliyyəti dövründə S. Dovqalenko İsveçin “LM Ericsson International AB” və İsveçrənin “”Reichle&De-Massari” şirkətlər qrupunun Ukrayna nümayəndəliklərində də işləyib.
@Index.az