• Bakı
    14°
    6.17 m/s
  • 1.7000
  • 1.8104
  • 0.0223
  • 0.0894
  • 2.0652

Avropa Liqasının kuboku Moskvada təqdim olunub

Tural İbadlı İdman 20 aprel 2019
0
Moskvadakı (Rusiya) "Aviapark" ticarət-əyləncə mərkəzində UEFA Avropa Liqası kubokunun təqdimat mərasimi keçirilib.
"NewsCafe"nin məlumatına görə, tədbirdə Rusiya milli komandasının sabiq futbolçusu və "Zenit"in heyətində UEFA Kubokunu qazanmış Andrey Arşavin iştirak edib.
"11 il əvvəl qazandığım kuboku təqdim etmək istərdim. Bu, karyeramın ən yaxşı günlərindən biri idi", - deyə ötənlərin tanınmış hücumçusu bildirib.
Avropa Liqasının kuboku Rusiyaya İtaliyanın Milan şəhərindən gətirilib. 20-21 apreldə azarkeşlər onunla şəkil çəkdirə bilərlər. Sabah stend önündə fanatları final matçının səfirləri - keçmiş hücumçu Vəli Qasımovla Rusiya "Krılya Sovetov"unun əslən azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov gözləyəcəklər.
Qeyd edək ki, Avropa Liqasının kubokuna mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçının qalibi sahib çıxacaq.
@Report.az
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930