• Bakı
    4.12 m/s
  • 1.7000
  • 1.8352
  • 0.0236
  • 0.0903
  • 2.0504

Bakıxanovda əqli qüsurlu şəxs bıçaqlanıb

Hadisə 07 fevral 2019
0
Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib.
"NewsCafe" xəbər verir ki, qəsəbə sakini 1990-cı il təvəllüdlü Qarayev Anar İlqar oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.
Zərərçəkmişin yaxınlarının verdiyi məlumata görə, hadisə ötən gün saat 20:00 radələrində baş verib. Kamera görüntülərində onların 3 nəfər olduğu məlum olub. Hadisədən xəbər tutan A.Qarayevin yaxınları təcili tibbi yardıma və Daxili İşlər Nazirliyinin 102 saylı qaynar xəttinə müraciət ediblər.
Əqli qüsurlu və epilepsiyadan əziyyət çəkən A.Qarayev 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparır.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728